"Sevilya" 6-cı dəfə Avroliqanın qalibi olub
Tarix: 22-08-2020 01:47 | Bölmə: İdman
"Sevilya" 6-cı dəfə Avroliqanın qalibi olub

Avropa Liqasında 2019-2020 mövsümü başa çatıb.

Reyting.az
xəbər verir ki, koronavirus pandemiyasına görə mart ayından dayandırılan və bu ay bərpa olunan turnirin final oyununda “Sevilya” Milanın “İnter” komandası ilə mübarizə aparıb. İspaniya klubu rəqibinə 3:2 hesabı ilə qalib gələrək rekord sayda - 6-cı dəfə bu turnirin qalibi olub.

Bu mövsüm yarışa "Qarabağ"ın da yer aldığı A qrupunda başlayan "Sevilya" 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda "Roma" (İtaliya), 1/4 finalda "Vulverhempton" (İngiltərə) və yarımfinalda "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdırıb.

Mübarizəyə Çempionlar Liqasından qoşulan "İnter" isə "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Slaviya" (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin komandası 1/16 finalda "Ludoqorets" (Bolqarıstan), 1/8 finalda "Xetafe" (İspaniya), 1/4 finalda "Bayer" (Almaniya) və yarımfinalda Ukrayna "Şaxtyor"unu məğlub edib.

21 avqust

Avropa Liqası

Final


23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya) - 3:2

Qollar: Lukaku, 5-pen (0:1), De Yonq, 12 (1:1), De Yonq, 33 (2:1), Qodin, 36 (2:2), Dieqo Karlos, 74 (3:2)

Baş hakim: Denni Makkeli

Almaniya, Köln. "Reyn Energi" stadionu.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər