07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb - Siyahı
Tarix: 24-08-2020 09:10 | Bölmə: İdman
Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Reyting.az
-ın məlumatına görə, bu ada Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer, yarımmüdafiəçiləri Kinqsli Koman ilə Tiaqu Alkantara və Fransa PSJ-sindən Markinyos iddialıdır.

Alkantara həlledici qarşılaşmada 92 faiz dəqiq ötürmə verib, Manuel Noyer isə komandasını 3 dəfə real qoldan xilas edib. Münhen təmsilçisinin qolunu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Markinyos isə 81 faiz dəqiq ötürmə ilə yadda qalıb və 4 dəfə topu rəqibdən alıb.

Qeyd edək ki, "Bavariya" finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edərək 6-cı dəfə kubokun qalibi olub.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}