Useyn Boltda koronavirus aşkarlanıb
Tarix: 24-08-2020 20:39 | Bölmə: İdman
Useyn Boltda koronavirus aşkarlanıb

Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Boltda koronavirus aşkarlanıb.

"The Sun" xəbər verir ki, yamaykalı atletdən götürülən analizin nəticəsi müsbət çıxıb. O, dərhal evində karantinə alınıb.

Avqustun 21-də 34 yaşı tamam olan tanınmış idmançının virusa ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur. Ziyafətdə İngiltərə millisinin və "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq və Almaniya "Bayer"inin futbolçusu Leon Beyli də iştirak ediblər.

Qeyd edək ki, Useyn Bolt eyni zamanda 11 dəfə dünya çempionu tituluna sahib çıxıb. O, 8 qat dünya rekordçusudur/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}