"Mançester Siti" 89 milyon avroya müdafiəçi alır
Tarix: 14-09-2020 17:33 | Bölmə: İdman
"Mançester Siti" 89 milyon avroya  müdafiəçi alır

İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçusu Xose Mariya Ximenes karyerasını İngiltərədə davam etdirə bilər.

AS nəşri xəbər verir ki, İngiltərə təmsilçisi "Mançester Siti" 25 yaşlı müdafiəçi üçün böyük məbləğ təklif edib. "Şəhərlilər" uruqvaylı oyunçudan ötrü 89 milyon avro və əlavə 5 milyon avro bonus ödəməyə hazırdır.

"Atletiko" oyunçunu buraxmaq istəməsə də, təklifi nəzərdən keçirəcək.

Qeyd edək ki, Xose Mariya Ximenesin klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır. Onun sözləşməsində 120 milyon avro təzminat qarşılığında komandadan ayrıla biləcəyi yazılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}