17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Neymar Qonzalesi ittiham etdi: “Kişi deyilsən!”
Tarix: 15-09-2020 08:50 | Bölmə: İdman
Neymar Qonzalesi ittiham etdi: “Kişi deyilsən!”

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 3-cü turunda “Marsel”lə matçdan sonra (0:1) rəqibin oyunçusu Alvaro Qonzalesin ona qarşı irqçilik etməsi ilə bağlı fikirlərini bildirib.

Reyting.az
bildirir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Qeyd olunur ki, braziliyalı hücumçu 30 yaşlı müdafiəçinin ona “qara” dediyini və günahını etiraf etmədiyini söyləyib. Neymar həmin məsələyə görə öz Tvitter hesabında paylaşım edərək, bunları yazıb:

“Səhvini etiraf etmirsənsə, kişi deyilsən. Məğlub olmaq idmanın bir hissəsidir, irqçilik və təhqir isə yox. Mən sənə hörmət etmirəm. Sənin kişiliyin çatmır. Kişi ol. İrqçi!”

Qeyd edək ki, Neymar "Marsel"lə görüşdə Qonzalesin başına yumruq vurduğu üçün meydandan qovulmuşdu. Fransa mətbuatı onun 7 oyunluq cəzalana biləcəyini yazıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}