Azərbaycanda UEFA Region Kubokunun oyunları başlayır
Tarix: 22-06-2022 12:40 | Bölmə: İdman
Azərbaycanda UEFA Region Kubokunun oyunları başlayır

Sabah Azərbaycanda UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları start götürəcək.

Reyting.az
xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərhələnin II qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə qarşılaşacaq. İlkin mərhələnin I qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq. 23-29 iyun tarixlərində keçiriləcək UEFA Region Kubokunun ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

I qrup

“Basiani” - “Tallinna Zapoos”
23 iyun. ASK Arena

“Tallinna Zapoos” - “Kaskelen”
25 iyun. ASK Arena

“Kaskelen” - “Basiani”
27 iyun. ASK Arena

II qrup

“Kolos” - “Cəbrayıl”
24 iyun. Şamaxı şəhər stadionu

“Cəbrayıl” - “Kolos”
26 iyun. Şamaxı şəhər stadionu

Final

I qrupun qalibi – II qrupun qalibi
29 iyun. Şamaxı şəhər stadionu

Bütün oyunlar saat 16:00-da başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}