Avropa Liqasında püşkatma olub
Tarix: 17-03-2023 16:29 | Bölmə: İdman
Avropa Liqasında püşkatma olub

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Reyting.az
xəbər verir ki, nəticələr belədir:

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

"Bayer" (Almaniya) - "Union" (Belçika)

"Feyenoord" (Niderland) - "Roma" (İtaliya).

Yarımfinal

1. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) / "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

2. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) / "Bayer" (Almaniya) - "Union" (Belçika).

Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi


Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}