Messi karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyəcək
Tarix: 21-03-2023 20:02 | Bölmə: İdman
Messi karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyəcək

Məşhur futbolçu Lionel Messi karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək niyyətində deyil.

Reyting.az
“Diario Sport”a istinadla xəbər verir ki, argentinalının karyerasını davam etdirməsi üçün ən çox ehtimal olunan variant “PSJ” ilə müqaviləsini daha bir mövsüm uzatmaqdır. İndi parislilər Messi üçün yeni təklif hazırlayırlar.

Daha əvvəl hücumçu ilə "Əl-Hilal" və "Əl-İttihad"ın maraqlandığı bildirilsə də, Messi Yaxın Şərq klublarından və xüsusən də Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərə almayacaq. Lionelin atası Xorxe də Səudiyyə Ərəbistanından kluba keçə biləcəyi ilə bağlı xəbərləri təkzib edib.

Messi bu mövsüm Liqa 1-də 23 matçda 13 qol vurub və 13 məhsuldar ötürmə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}