Azərbaycanla İraq arasında yeni sənədlər imzalanıb
Tarix: 07-12-2023 17:45 | Bölmə: İqtisadiyyat
Azərbaycanla İraq arasında yeni sənədlər imzalanıb

Azərbaycanla İraq arasında yeni sənədlər imzalanıb.

Reyting.az 
xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial media hesabbında paylaşım edib.

Onun sözlərinə görə, imzalanma İraqa səfər çərçivəsində baş tutib. Səfər zamanı Azərbaycan və İraqın dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub: "İraqa səfər çərçivəsində bu ölkənin kommunikasiya naziri Hayam Al-Yasiri ilə görüşdük. İki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarından danışdıq. Ölkəmizdə xarici şirkətlər üçün geniş vergi və gömrük güzəştləri təklif edən texnologiya və sənaye parkları barədə məlumat verdik. Daha sonra Azərbaycan və İraq arasında Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etdik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}