Rusiyalılar Yeni ildə səyahət üçün Bakını seçdilər
Tarix: 27-12-2018 10:26 | Bölmə: İqtisadiyyat
Rusiyalılar Yeni ildə səyahət üçün Bakını seçdilər

Rusiyalıların Yeni ildə səyahət üçün seçdikləri ən yaşı şəhərlər açıqlanıb.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, TurStat-dan verilən məlumata görə, rusiyalılar Minsk və Astana ilə yanaşı, Bakıya da səyahətə xüsusi önəm verəcəklər.

- Minsk, Bakı və Astana MDB şəhərləri arasında rusiyalıların 2019-cu ilin qışında səyahət edəcəkləri yerlərin reytinqində ən yaxşılarıdır, - təşkilatın saytında vurğulanır.

Qeyd edilir ki, rusiyalılar qışda MDB şəhərlərinə cəmisi 3-7 günlük səyahətə gedirlər. Ən ucuz istirahət Moldova və Özbəkistanda başa gəlir.

Bazar günləri turları və şopinq səfərləri üçün isə Rusiya vətəndaşları Azərbaycanı və Qazaxıstanı seçirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}