Daha 57 maşın hərracda satılıb
Tarix: 23-04-2025 17:41 | Bölmə: İqtisadiyyat
Daha 57 maşın hərracda satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 57 nəqliyyat vasitəsi satılıb.

Reyting.az
xəbər verir ki, avtomobillərə ümumilikdə 84 sifariş qəbul edilib.

Bunlarda 21-i onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda ilkin satış qiyməti 7.500 manat olan “BMW 530I” markalı avtomobil 9 075 manata, 3 975 manata olan “Khazar” markalı avtomobil isə 4 298 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/4jGI2id linki vasitəsilə tanış olmaq mümkündür.

6, 7, 13 və 27 mayda keçiriləcək növbəti hərraclara nəqliyyat vasitələri və avadanlıqlar çıxarılacaq.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb