Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
Tarix: 06-02-2026 15:07 | Bölmə: İqtisadiyyat

Hindistan Rusiyanı Venesuela ilə əvəz edib

Hindistanın neft emalı şirkəti “Reliance Industries Ltd.” 2025-ci ilin ortalarında başlayan fasilədən sonra Venesuela neftinin alıcısına çevrilib. Yeni Dehli tədarükünü şaxələndirməyə çalışır, ABŞ isə Venesuela neftini bazara yenidən çıxarıb.

Reyting.az xəbər verir ki, Hindistanın neft emalı nəhəngi təxminən 2 milyon barel daşıyan bir neft tankeri əldə edib.

Bu, ABŞ-nın Venesuela prezidenti Nikolas Maduronu həbs etməsindən və ölkənin neft sektoruna müdaxiləsindən sonra Hindistanın ilk sövdələşməsidir. Bundan əlavə, ABŞ və Yeni Dehli Hindistan ixracına tarif endirimlərini nəzərdə tutan ticarət müqaviləsi imzalayıblar. ABŞ prezidenti Donald Tramp bu müqaviləni Rusiya neft idxalının dayandırılması ilə əlaqələndirib, baxmayaraq ki, Yeni Dehli ətraflı məlumat verməyib.

Hindistan əvvəllər də Venesueladan neft alıb. 2019-cu ildə Hindistan Venesuelanın neft ixracının təxminən 25 faizini təşkil edib.

Qeyd edək ki, D. Tramp Hindistana Rusiya neftini almağı dayandırmaq üçün təzyiq göstərir. Bu arada, Vaşinqton Rusiyanın nəhəngləri “Qazprom” və “Rosneft”ə sanksiyalar tətbiq edib və Hindistan mallarına tarifləri artırıb.

Onu da qeyd edək ki, yanvarın 31-də ABŞ Hindistana Venesuela neftinin satışını bərpa etməyi planlaşdırdığını bildirib. Belə bir qərar Rusiya neftini əvəz etmək üçün verilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər