Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 11-02-2026 15:17 | Bölmə: İqtisadiyyat

"Kapital Bank”ın son günlər kütləvi şəkildə müştərilərin bank kartlarını bloklaması ilə bağlı Musavat.com-a çoxsaylı şikayətlər daxil olub.
Vətəndaşlar bildirirlər ki, təkcə xaricdən pul köçürmələri zamanı deyil, hətta ölkə daxilində aparılan əməliyyatlarda belə kartlar bloklanır.
Şikayətlərə əsasən, bloklanan kartlar arasında maaş kartları da var. Nəticədə bir çox “Birbank” istifadəçisi neçə gündür öz vəsaitindən istifadə edə bilmir.
Vətəndaşların sözlərinə görə, banka yaxınlaşaraq səbəblə maraqlandıqda onlara “baş ofisdə araşdırma aparıldığı” bildirilir və dəqiq vaxt göstərilmir. Bu isə insanları çıxılmaz vəziyyətdə qoyur.
Şikayətçilər deyirlər ki, xüsusilə xaricdən daxil olan ödənişlər və ya ölkə daxilində nisbətən iri məbləğli köçürmələr “şübhəli əməliyyat” kimi qiymətləndirilir. Nəticədə kart ya vəsait çıxarıldıqdan dərhal sonra, ya da pul hesabda olduğu müddətdə bloklanır.
Bank tərəfindən vətəndaşdan göndərilən vəsaitin mənbəyini təsdiqləyən sənəd tələb olunur. Müştəri həmin mənbəni sübut edə bilmədikdə kart blokda saxlanılır. Hüquqi prosedura əsasən, vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə qərarı ilə vəsaitin qanuni mənbədən əldə olunduğu təsdiqlənərsə, kart blokdan çıxarıla bilər.
Musavat.com-un əldə etdiyi məlumata görə, son günlər müşahidə olunan kütləvi bloklanmalar Mərkəzi Bankın nəzarət mexanizmlərini sərtləşdirməsi ilə əlaqələndirilir. Bildirilir ki, bank sektorunda maliyyə monitorinqi və şübhəli əməliyyatlara qarşı nəzarət tədbirləri gücləndirilib.
Qeyd edək ki, eyni zamanda məsələnin "m10" hesablarına müdaxilələr edilərək külli miqdarda pullar oğurlanması ilə bağlı olduğu da bildirilir.
Kommersant.az xəbər verir ki, müxtəlif xarici ölkələrdən "m10" tətbiqinə saxta transferlər həyata keçirilib.
“Transferlərin saxta olduğunu bilməyən vətəndaşlar pulları əldə edərək xarici ölkələrə göndərib. Yekunda m10 tətbiqində olan boşluqlara görə istifadəçilərə külli miqdarda zərər dəyib.
Xarici ölkələrdən vətəndaşlarımıza "biz sizin m10-a pul göndərək, pulu çəkdikdən sonra bizə transfer edin. Buna görə də əldə olunan vəsaitin 20 faizini sizə xidmət haqqı kimi verəcəyik" vədi ilə vətəndaşların külli miqdarda pulları mənimsənilib. ABŞ, Ukrayna və s. kimi ölkələrdən transfer olunan vəsaitlər dərhal "m10" hesabına daxil olub. Vəsaiti göndərən şəxs isə "m10"a daxil olan pulu geri çəksə də, bu əməliyyat sözügedən tətbiqdə göstərilməyib. Yekunda bundan xəbərsiz olan vətəndaşlar "m10"da olan pul vəsaitini maneəsiz şəkildə bank kartlarına transer edib. Daha sonra ATM-lərdə nağdlaşdıraraq qarşı tərəfə göndəriblər.
Hazırda ölkə xaricindən transfer olunan hesablar bloklanıb. İnsanların kriptovalyuta və ya digər xarici gəlirləri "m10" tərəfindən vətəndaşlara verilmir. Bu blokun nə vaxt aradan qaldırılacağı isə sual altındadır”, -deyə sayt yazır.
Xatırladaq ki, "m10" platforması bloklanmanın səbəbi olaraq açıqlamasında bildirib ki, “m10” platforması istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet hesab edir:
“Fevralın 3-də “m10” platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub.
Hazırda məsələ “m10”un müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Qeyd olunan səbəblə əlaqədar “m10” tətbiqinin fəaliyyətində müvəqqəti fasilə yaranıb, lakin hazırda bütün əməliyyatlar tam bərpa olunub”.
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək