Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
Tarix: 06-02-2026 22:43 | Bölmə: İqtisadiyyat

Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib

Rusiyanın qızıl ehtiyatları yanvar ayının sonunda 402,7 milyard dollar təşkil edib. Bununla Rusiyanın qiymətli metalı beynəlxalq ehtiyatların 48,3 faizlik payına çatıb ki, bu da 1995-ci ilin yanvarından bəri ən yüksək göstəricidir.

Reyting.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin Mərkəzi Bankın məlumatlarına dair təhlilində qeyd olunur.

Qeyd olunur ki, Rusiyanın qızıl investisiyaları qışın ortalarında 23,3 faiz artaraq rekord həddə - 402,7 milyard dollara çatıb.

Rusiya aktivlərində qızılın payı əvvəlki ayın 43,3 faizindən 48,3 faizə yüksəlib. Bu, 1995-ci ilin yanvar ayından bəri ən yüksək göstəricidir. Həmin il qızılın payı 54,8 faiz olsa da, o zaman onun dəyəri cəmi 4,6 milyard dollar idi. Qızılın ehtiyatlardakı payı 1 yanvar 1993-cü ildə 56,9 faizə çatıb. Ən aşağı göstərici 2007-ci ilin iyun ayında olub: 2,1 faiz.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər