Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 12-02-2026 11:12 | Bölmə: İqtisadiyyat

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında rəqəmsal transformasiya, genişzolaqlı infrastrukturun qurulması, data mühitinin formalaşdırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlər sırasındadır. “Onlayn Azərbaycan” layihəsi, dövlət bulud infrastrukturunun yaradılması və genişzolaqlı internetin ölkə üzrə əlçatanlığının artırılması rəqəmsal iqtisadiyyatın institusional və texnoloji bazasını formalaşdırıb. Bu əsas üzərində qəbul edilmiş Süni İntellekt Strategiyası (2025–2028) və Rəqəmsal İqtisadiyyat Strategiyası (2026–2029) süni intellektin dövlət idarəçiliyində tətbiqi, yüksək hesablama imkanlarının yaradılması, data əsaslı qərarvermə modelinə keçid və innovasiya ekosisteminin genişləndirilməsini hədəfləyir. Paralel olaraq, yaşıl enerji layihələrinin genişləndirilməsi, texnologiya və sənaye parklarında xarici şirkətlərin rezidentliyinin artması, eləcə də rəqəmsal və enerji infrastrukturuna investisiya marağının güclənməsi Azərbaycanın yeni iqtisadi modelə keçidini sürətləndirir. Məhz bu kontekstdə aparılan tədbirlərlə yanaşı, qlobal rəqabət qabiliyyətinin daha da möhkəmləndirilməsi üçün mövcud potensialın vahid koordinasiya altında səfərbər edilməsi və konkret yol xəritəsi əsasında icra olunması zərurəti yaranıb.
Reyting.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova bildirib.
Onın sözlərinə görə, Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər rəqəmsal inkişafın və süni intellektin artıq ayrıca texnoloji istiqamət deyil, ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən edildiyini göstərir.

Aygün Əhmədova
Dövlət başçısı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının qlobal miqyasda ölkələrin gələcək inkişafını müəyyən edən amillər olduğunu vurğulamaqla Azərbaycanın da bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərməli olduğunu açıq şəkildə ifadə edib.
Prezident çıxışında Azərbaycanın mövcud üstünlüklərini - enerji generasiya gücünün artımı, istifadə olunmayan enerji ehtiyatları, geniş nəqliyyat və enerji infrastrukturu, fiber-optik bağlantıların inkişafı, müsbət investisiya mühiti və beynəlxalq tərəfdaşlıq platformalarını - süni intellekt və data mərkəzləri kimi yeni iqtisadi istiqamətlər üçün baza kimi təqdim edib. Xüsusilə 10 min meqavatlıq generasiya gücü və ən azı 2 min meqavat sərbəst enerji potensialının data mərkəzləri üçün başlıca şərt kimi qeyd olunması bu sahəyə strateji yanaşmanı nümayiş etdirir.
Dövlət başçısı tərəfindən dövlət qurumları arasında sıx koordinasiyanın təmin edilməsi, qısa müddətdə vahid fəaliyyət planının hazırlanması və hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar bu prosesin institusional çərçivədə həyata keçiriləcəyini göstərir.
Aygün Əhmədova qeyd edib ki, dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırığı beynəlxalq idarəetmə təcrübəsinə uyğun sistemli yanaşmadır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, süni intellekt siyasətinin effektiv icrası yalnız strategiyanın qəbul edilməsi ilə deyil, mərkəzləşdirilmiş koordinasiya və institusional məsuliyyət mexanizmləri ilə mümkün olur. Bir sıra qabaqcıl ölkələrdə süni intellekt üzrə siyasətin formalaşdırılması və icrası xüsusi ofislər və hökumət yanında fəaliyyət göstərən məsləhətçi şuralar vasitəsilə həyata keçirilir. Bu qurumlar adətən hökumətin mərkəzi icra sisteminin tərkibində fəaliyyət göstərərək milli süni intellekt strategiyasının əlaqələndirilməsinə, prioritet sahələrin müəyyən edilməsinə və icranın monitorinqinə cavabdeh olurlar. Eyni zamanda, rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə məsul vəzifələr təsis edilir ki, bu da qərarvermə və icra prosesində vahid mexanizmi formalaşdırır. Həmin institutların tərkibinə dövlət qurumları ilə yanaşı, aparıcı universitetlərin alimləri, tədqiqat institutları və texnologiya şirkətlərinin nümayəndələri cəlb edilir və bu yanaşma qəbul olunan qərarların həm strateji, həm də praktik baxımdan əsaslandırılmasını təmin edir.
A. Əhmədova vurğulayıb ki, Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal infrastrukturu prioritet elan etməsi həm daxili idarəetmə islahatı, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, eyni zamanda Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir. Mövcud enerji generasiya gücü, tranzit və fiber-optik bağlantılar, eləcə də sabit investisiya mühiti süni intellekt və data mərkəzi layihələri üzrə beynəlxalq texnologiya şirkətləri və maliyyə fondları üçün Azərbaycanın praktiki və iqtisadi cəhətdən cəlbedici platforma olduğunu göstərir.
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək