“Lukoil” xaricdəki bütün aktivlərini satır
Tarix: 11-02-2026 15:44 | Bölmə: İqtisadiyyat

“Lukoil” xaricdəki bütün aktivlərini satır

2025-ci ilin oktyabrında ABŞ sanksiyaları altına düşən Rusiyanın neft nəhəngi “Lukoil” şirkəti xarici aktivlərini Amerika investisiya şirkəti “Carlyle”-yə satmağa razılıq verib.

Reyting.az-ın məlumatına görə, Rusiya şirkətinin mətbuat xidmətindən bildiriblər ki, “Lukoil” sanksiyalar səbəbindən qrupun xarici aktivlərinə sahib olan törəmə şirkəti “LUKOIL International GmbH”-nin 100 faizini satmaq üçün Amerika şirkəti ilə müqavilə bağlayıb.

Rusiya şirkətinin xarici aktivlərinin satışı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən təsdiqlənməlidir.

“Şirkət digər potensial alıcılarla da danışıqları davam etdirir”, - deyə bəyanatda vurğulanıb.

Ruslar Qazaxıstandakı aktivlərini satmaq niyyətində deyillər.

Açıq mənbələrə görə, “Carlyle” dünyanın alternativ aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış ən böyük beynəlxalq investisiya firmalarından biridir. 2025-ci ilin sonuna olan məlumata görə, o, 474 milyard dollardan çox aktivi idarə edib.

Qeyd edək ki, 22 oktyabr 2025-ci ildə ABŞ Rusiyanın neft nəhəngləri “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərin tətbiqindən sonra “Lukoil” xarici aktivləri üçün yeni sahib axtarır.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər