Ən böyük iqtisadi ərazilər... - Siyahı
Tarix: 10-02-2026 18:36 | Bölmə: İqtisadiyyat

Ən böyük iqtisadi ərazilər...

Müstəsna İqtisadi Ərazi termini bir ölkənin quru sahilindən 370 kilometr məsafəyədək uzanan dəniz məkanı anlamına gəlir. Belə ərazilərdə müxtəlif sahilyanı dövlətlər öz təbii ehtiyatlarının kəşfiyyatı və istismarı üzrə müstəsna hüquqlara malikdirlər.

Reyting.az-ın məlumatına görə, Müstəsna İqtisadi Ərazi ölkələri beynəlxalq qanunlara rəğmən sərhədləri daxilində süni adalar, texnoloji qurğular yaratmaqla, elmi tədqiqatlar apara bilərlər. Bu ölkələrin dəniz mühitini qorumaq kimi öhdəlikləri var.

Lakin digər dövlətlərin səlahiyyətləri daha genişdir. Belə sahilyanı ölkələr sərbəst gəmiçiliklə məşğul olmaqla yanaşı, müxtəlif yöndə araşdırmalarla, elmi tədqiqatlar məqsədilə təyyarə uçuşlarını həyata keçirə, həmçinin hüquqlarının tənzimlənməsi çərçivəsində sualtı kabellər, boru kəmərləri çəkməklə, büdcəyə qazanc gətirə bilərlər.

Bu baxımdan, ən böyük müstəsna iqtisadi zona Fransanın tərkibindədir. Mütəxəssislər bildiriblər ki, Fransa özünün xarici əraziləri hesabına çox böyük gəlirli sahələr əldə edib. Fransanın payına düşən belə Müstəsna İqtisadi Ərazi 11,691 milyon kvadrat kilometr təşkil edir. Bu göstərici ABŞ-da 11,351 milyon kvadrat kilometr, Avstraliyada 8,505 milyon kvadrat kilometrdir. Çox böyük ərazilərə malik olan Rusiya Federasiyası da bu siyahıda ön yerlərdədir. Bu ölkə 7,566 milyon kvadrat kilometr zona ilə dördüncü sıradadır.

İlk onluğa Böyük Britaniya, Çili, İndoneziya, Kanada, Yaponiya və Yeni Zelandiya daxildir.

Qəbul olunmuş beynəlxalq qanunlara görə, Müstəsna İqtisadi Ərazinin istifadəsi BMT çərçivəsində, Dəniz Hüququ Konvensiyası ilə tənzimlənir. Bununla belə, bu zonaların sərhədləri və xarici dövlətlərin fəaliyyəti ilə bağlı ölkələr arasında tez-tez mübahisələr yaranır. Bu günə qədər ortaq bir mövqeyə gəlməyən ABŞ və Çin xarici hərbi qüvvələrin Müstəsna İqtisadi Ərazisində müxtəlif məqsədlərlə kəşfiyyat fəaliyyətinin tənzimlənməsi məsələsini hələ də fərqli şəkildə şərh edirlər.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər