Aİİ və Monqolustan rüsumları azaldacaq
Tarix: 10-02-2026 08:55 | Bölmə: İqtisadiyyat

Aİİ və Monqolustan rüsumları azaldacaq

Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Monqolustan 367 növ mal üçün rüsumları azaltmaq qərarına gəliblər.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu sazişin Aİİ üzvləri arasında qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə genişləndirilməsi üçün etibarlı platforma təmin edəcəyi vurğulanır.

Xəbərdə o da qeyd olunur ki, Aİİ ilə Monqolustan arasında ticarət sazişi qüvvəyə mindikdən sonra 367 mal üçün gömrük rüsumlarının əhəmiyyətli dərəcədə azaldılacağı, bəzilərinin ləğv ediləcəyi gözlənilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər