Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
Tarix: 11-02-2026 18:06 | Bölmə: İqtisadiyyat

Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq

Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb.

Reyting.az xəbər verir ki, bunu Rusiya Dəmir Yolları İdarəsi sədrinin birinci müavini Sergey Pavlov deyib.

Pavlov qeyd edib ki, Azərbaycan üzərindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra ilk taxıl qatarı 2025-ci ilin noyabr ayında Rusiyadan Ermənistana yola düşüb.

“Tədarüklər artıq müntəzəm hala gəlib. Bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq”, - deyə o əlavə edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər