Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq
Tarix: 22-05-2019 10:43 | Bölmə: İqtisadiyyat
Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı - Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.

“Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik", - C.Qurbanov deyib.

C.Qurbanov onu da qeyd edib ki, uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq: "Bu yolu birbaşa getmək üçün 12 dəqiqə, sərnişinlərin minib-düşməsi ilə əlaqədar qatar hər stansiyada 1 dəqiqə dayanarsa, 15 dəqiqə lazımdır".

Report




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}