20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Qubad İbadoğlu: "Deputatların və məmurların maaşları artacaq”
Tarix: 04-11-2019 10:53 | Bölmə: İqtisadiyyat
Qubad İbadoğlu: "Deputatların və məmurların maaşları artacaq”

"İdarəetmədə aparılan struktur dəyişikliklərinin əsas hədəflərindən biri də qanunvericilik və icra hakimiyyətinin saxlanılması xərcləriniun rasionallaşdırılması olmalıdır”.

Reyting.az
-ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

O, büdcə məlumatlarına istinadən bildirib ki, son dövrlər ən çox artıma məruz qalan xərc bölmələrindən biri də idarəetmə xərcləridir: "Əgər bu məqsədlə 2018-ci ilin büdcəsindən 627,5 milyon manat xərclənmişdirsə, bu ilin büdcəsində 827,2 milyon manat xərclənməsi gözlənilirsə, gələn ilin büdcəsindən xərcləmələr 1 milyard 122,6 milyon manat proqnozlaşdırılıb.

Bu vəsaitin 2018-ci ildə 65 faizi, 2019-cu ildə 60 faizi, 2020-ci ildə 67,2 faizi əməyin ödənişi xərcləridir. Bu o deməkdir ki, gələn ildən deputatların və məmurların maaşları artacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər