12:56 / 15-10-2024
Sabah yağış yağacaq
12:47 / 15-10-2024
Əhalinin sayı açıqlanıb
Nazirdən qeyri-formal məşğulluq sahəsində işləyənlərlə bağlı açıqlama: "Bu, sizə bir mesajdır..."
Tarix: 06-02-2020 18:03 | Bölmə: İqtisadiyyat
Nazirdən qeyri-formal məşğulluq sahəsində işləyənlərlə bağlı açıqlama: "Bu, sizə bir mesajdır..."

"Ötənilki və hazırkı pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sərəncamın icrası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksələcək: "Bu həm də qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər. Pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə, gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".   

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}