20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Məcburi köçkünlərin sosial problemlərinin həllinə 7,7 milyard manata yaxın vəsait sərf edilib
Tarix: 02-04-2020 17:19 | Bölmə: İqtisadiyyat
Məcburi köçkünlərin sosial problemlərinin həllinə 7,7 milyard manata yaxın vəsait sərf edilib

1993-2019-cu illər ərzində məcburi köçkünlərin sosial problemlərinin həllinə 7,7 milyard manata yaxın vəsait sərf edilib.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, bu vəsaitin təxminən 3,8 milyard manatı dövlət büdcəsinin, 2,5 milyard manatı Dövlət Neft Fondunun və 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və digər təşkilatların vəsaiti hesabına olub: “Bu vəsaitin 87%-ni təşkil edən 6,7 milyard manata yaxın hissəsi 2004-2019-cu illər ərzində, son 16 ildə istifadə olunub”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər