İdxal edilən tibbi maska və əlcəklər gömrük rüsumundan azad olunub
Tarix: 02-07-2020 17:10 | Bölmə: İqtisadiyyat
İdxal edilən tibbi maska və əlcəklər gömrük rüsumundan azad olunub

Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti artırılıb.

Reyting.az
-ın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 5 mart tarixli 84 nömrəli qərarına əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlarınn idxalı cari ilin iyul ayının 1-dək idxal gömrük rüsumundan azad olunmuşdu.

Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər