Əli Əsədov banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib
Tarix: 11-07-2020 19:16 | Bölmə: İqtisadiyyat
Əli Əsədov banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib:

"Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər