18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya bazarında neft bahalaşır
Tarix: 20-11-2020 16:53 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neft bahalaşır

Bün günorta saatlarında keçirilən hərraclar zamanı “Brent” marklalı neftin yanvar fyuçersləri 0,48 faiz bahalaşaraq 44,41 ABŞ dollarına, WTI markalı neftin isə 0,26 faiz bahalaşaraq 42,01 ABŞ dollarına satılıb.

Bu həftə ərzində “Moderna”, “BioNTech”, “Pfizer” şirkətlərinin təqdim etdiyi yeni koronavirus dərmanlarının 95 faizədək səmərəli keçən sınaqlarına dair xəbərlər neftin qiymətlərinə müsbət təkan verib. “İHS Markets”in eksperti Viktor Şum “Bloomberg”ə bildirib ki, peyvəndlə bağlı xəbərlər də 2021-ci il ərzində neftə tələbatın artacağına dair qənaətimizi təsdiqləyib.

Bununla belə hazırkı nikbinlik ovqatına baxmayaraq, pandemiya ilə bağlı epidemioloji vəziyyətin kəskinləşməsi üzündən ABŞ və Avropa ölkələrində yeni karantin tədbirlərinin tətbiqi nəticəsində ümumi vəziyyətin qarışıq olduğu da qeyd olunub.

“Nə vaxtsa vəziyyətin yaxşılaşacağına ümid var, amma yaxın gələcək qaranlıq görünür. Avropada və Şimali Amerikada COVID-19-a yoluxma səviyyəsi narahatlıq doğurur”, - ekspert qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər