Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-02-2016 14:48 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Milli Məclisdə büdcə müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov bildirib ki, 2016-cı ildə ölkənin inkişafı üçün əsasən tez gəlir gətirən və işlə təminat üçün önəmli sahələrə, kənd təsərrüfatı sahəsinin, kiçik və orta sahibkarlığın inkişafına diqqət artılmalıdır.
Millət vəkilinin sözlərinə görə, növbəti devalvasiyanın baş
verməməsi üçün bu sahələr inkişaf etdirilməlidir: "Düşünürəm ki, kənd
təsərrüfatı üçün ayrılan vəsait azdır. Ölkədə regionların suvarma sistemində
ciddi problemlər qalır. Bu məsələləri nəzərə almaq lazımdır”.
V.Əhmədov daha sonra ipoteka ilə bağlı çıxış edib. Deputat qeyd edib ki,
prezident ipoteka üçün 200 mln. manat vəsait ayırıb. Hökumət bu barədə
düşünməlidir.
Deputat Əli Məsimli 2016-cı
ilin dövlət büdcəsinə dəyişiklikləri qiymətləndirib. "Büdcə elə qurulub
ki, bu, struktuk dəyişikliyə yardım edə bilər. 18,5 mlrd. manat az məbləğ
deyil".
Millət vəkili, həmçinin qeyd edib ki, Mərkəzi Bank inflyasiyanı səngitmək üçün
sərt pul-kredit siyasəti həyata keçirir ki, bu da gələcəkdə qeyri-neft
sektorunun inkişafını ləngidə bilər.
"Sərtliyə varılması neftdənkənar sahələrin boğulmasına gətirib çıxara
bilər. İxrac potensialının neftdənkənar sahələr hesabına artırılması
istiqamətində addımları poza bilər. Nazirlər Kabinetini əlaqələndirmə
funksiyalarını yerinə yetirməyə çağırıram. Sərt pul siyasəti islahatları
ləngidə bilər",- deyə Ə.Məsimli vurğulayıb.
Deputat Musa Quliyev ölkəyə idxal edilən dərman vasitələrinin əlavə dəyər vergisindən
(ƏDV) azad edilməsindən söz açıb:"Bir tərəfdən dərmanların qiymətlərini tənzimləyrik, digər tərəfdən ölkəyə gətirilən
dərmanların üzərində
olan ƏDV vətəndaşlardan çıxır. Sahibkarlar həmin dərmanları gətirərkən
uduzmurlar. Çünki onların ödədiyi əlavə dəyər
vergisini vətəndaşların ciblərindən çıxırlar. Hesab edirəm ki, bu məsələyə
diqqət yetirilməlidir”.
Milli Məclisin üzvü Fazil Mustafa isə
bildirib ki, ölkədə kölgə iqtisadiyyatı ilə bağlı ciddi addımlar atılmalıdır.
Deputat hesab edir ki, bu hal baş verməsə, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalarda
artımın əsas yükü əhalinin üzərinə düşəcək: "İri
şirkətlər gəlirlərini gizlədir. Belə bir şəraitdə Vergilər Nazirliyinin xətti
ilə dövlət büdcəsinə daxilolmalarda
əsas yük əhalinin üzərinə düşəcək. Ona görə də kölgə iqtisadiyyatını aradan
qaldırmaq lazımdır”.
Millət vəkilinin Azərbaycan
iqtisadiyyatını primitiv adlandırması, I vitse-spiker Ziyafət Əsgərovun kəskin
etirazına səbəb olub: "Bu fikirlərlə razılaşa bilmərəm. 2008-ci ildə
Avropada böhran olanda, Azərbaycanda iqtisadi sistemin dayanıqlığını özünüz
gördünüz. Bu, müvəqqəti çətinlikdir. Hazırkı vəziyyət dünyada baş verən
proseslərlə əlaqədardır. Azərbaycanda iqtisadi böhran yoxdur, iqtisadi
çətinliklər var. Bu, iqtisadi çətinliklərdən çıxmaq üçün hökumətin konkret
konsepsiyası var və aparılan islahatlar nəticəsində bundan qurtulacağıq”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər