Daha iki bank birləşib
Tarix: 09-06-2017 10:21 | Bölmə: İqtisadiyyat


Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Atabank” və "CDB Bank”ın birləşməsi ilə bağlı açıqlama yayıb.

Verilən məlumata görə, "Atabank” ASC 21 dekabr 1992-ci ildə 92 nömrəsi ilə Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alınmış "Caspian Development Bank (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilib.

Qeyd olunanlarla əlaqədar bildirilib ki, 4 fevral 2015-ci ildə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Caspian Development Bank (CDB)” ASC "Atabank” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilib..

Bununla da Fonda üzv bankların sayı 31 olub.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər