21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Almaniya səfiri: "Azərbaycan iqtisadiyyatına daha ixtisaslı işçi qüvvə tələb olunur"
Tarix: 02-03-2021 17:20 | Bölmə: İqtisadiyyat
Almaniya səfiri: "Azərbaycan iqtisadiyyatına daha ixtisaslı işçi qüvvə tələb olunur"

COVID-19 pandemiyası ötən il Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azalmasının əsas səbəbi olub.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

Onun sözlərinə görə, müxtəlif şirkətlərin aktivliyinin zəifləməsi bu azalmada böyük rol oynayıb.

Səfir vurğulayıb ki, Almaniya və ümumilikdə dünya iqtisadiyyatı böhran yaşayır. O qeyd edib ki, pandemiya böhranı fonunda Alman-Azərbaycan Xarici Ticarət Palatasının apardığı araşdırmaya əsasən, hazırda Azərbaycan iqtisadiyyatına daha ixtisaslı işçi qüvvə və çevik qanunvericilik tələb olunur.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan və Almaniya arasında aparılmış ticarət əməliyyatlarının həcmi təxminən 818 mln. ABŞ dolları təşkil edib. Bu, əvvəlki illə müqayisədə iki dəfə azdır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər