16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Bu, qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Dövlət zəmanətli kreditlərə nəzarət artırılmalıdır - İqtisadçı
Tarix: 25-08-2018 02:12 | Bölmə: İqtisadiyyat

Son vaxtlar Azərbaycanın xarici borcları ilə bağlı məsələ daha da aktuallaşıb. Bu ilin aprel ayının 1-ə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 9 milyard 643 milyon dollardır, yəni 16 milyard 393 milyon manat.
İqtisadçı-ekspert Qadir İbrahimli Reyting.az-a deyib ki, dünya praktikasında ölkələrin xarici borclarının qiymətləndirilməsi üçün 3 əsas indikatordan istifadə olunur:
1. Xarici borcun miqdarı ixracın 200%-dən çox olmamalıdır.
2. Xarici borcun ÜDM-ə nisbəti 40%-i aşmamalıdır.
3. Xarici borca xidmətlə əlaqədar bütün ödənişlərin ÜDM-ə nisbəti 5%-dən yüksək olmamalıdır.
Q. İbrahimli bu indikatorlar əsasında təhlil aparıb:
“1. 2017-ci ildə Azərbaycanın ixracı 15 milyard 475,6 milyon dollar olub. Xarici dövlət borcunun 9,43 milyard dollar olduğunu nəzərə alsaq, deməli, xarici borcun miqdarı ixracı cəmi 62 faizinə bərabərdir ki, bu da kritik həddən 3,2 dəfə azdır.
2. Azərbaycanın xarici borcu 2018-ci il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 22 faizini təşkil edir – bu il 74 milyard 647 milyon manat ÜDM istehsalı nəzərdə tutulub. Beləliklə, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 22 faizi həddində qiymətləndirilir ki, bu da kritik həddən (40 faiz) xeyli aşağıdır.
3. 2017-ci ildə 1 milyard 513,6 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəlib. 2017-ci Azərbaycanda ÜDM istehsalı 70 milyard 135 milyon manat olub. Yəni dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə ÜDM-in cəmi 2,2 faizini təşkil edir. Bu isə normadan (5 faiz) 2,2 dəfə azdır.
Beləliklə, hər 3 indikator üzrə hesablamalara görə, Azərbaycanda xarici borcun həcmi normal həddədir və narahatlığa əsas yoxdur. Üstəlik, Mərkəzi Bankın valyuta ehtiyatları 5,5 milyard dollar, Dövlət Neft Fondunun ehtiyatları isə 38 milyard dollardır, onda narahatlığa ümumiyyətlə, əsas yoxdur. Ancaq hər halda narahatçılıq üçün əsaslar da var".
İqtisadçının sözlərinə görə, son 18 ayda xarici dövlət borcunun artmasının iki əsas səbəbindən biri hökumətin Beynəlxalq Bankın zərərli aktivlərini və xarici borcunu öz üzərinə götürməsidir:
"Hökumət Beynəlxalq Banka verilən dəstəyin səviyyəsini onun sistem əhəmiyyətli bank olması və hər hansı bir problemin yaranacağı təqdirdə ölkənin bütünlükdə bank sisteminə təsir göstərəcəyi ilə izah etdi.
Digər əsas səbəb isə Cənubi Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi ilə bağlı götürülən borclara verilən dövlət zəmanətidir. Bu layihənin icrası ilə məşğul olan "Cənub Qaz Dəhlizi” QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. QSC dövlət zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından, Asiya İnfrastruktur İnvestisiya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, Asiya İnkişaf Bankından 2,5 milyard dollar kredit götürüb. Təbii ki, Cənubi Qaz Dəhlizi ölkənin iqtisadi inkişafında nikbin gələcək vəd edir və QSC bu kreditləri dövlətin dəstəyi olmadan belə ödəmək gücündə olan şirkətdir. Bu baxımdan xarici dövlət borclarının artmasında narahatlıq üçün ciddi əsaslar yoxdur. Ancaq bu barədə həyəcan təbili çalan ekspertlərin də əsasları yetərincədir".
Q. İbrahimli bildirib ki, əsas narahatlıq doğuran məqam dövlətə məxsus şirkətlərin və səhmdar cəmiyyətlərin borclanmalarıdır. Burada söhbət həm xarici borcun miqdarından, həm də onun necə xərclənməsindən getməlidir:
"Uzağa getməyək, elə götürək SOCAR-ı. Son illərdə SOCAR-ın getdikcə artan borcları və investisiyaya yatrılan layihələri şəxsən məndə müəyyən suallar doğurur. Şirkətin ictimaiyyətə açıqlanan 2017-ci il hesabatına əsasən söhbət təxminən 10 milyard dollar borcdan gedir. Doğrudur, SOCAR-ın aldığı borclara dövlət zəmanəti verilmir və ictimaiyyətə açıqlanan məlumatlardan göründüyü kimi, həmin vəsaitlərin əsas hissəsi şirkət tərəfindən əsasən, ölkə xaricində həyata keçirdiyi və sərmayə qoyduğu layihələrə yönəldilir. Bu sırada Türkiyədə neft-kimya kompleksi, "STAR” Neft Emalı Zavodu, bir sıra ölkələrdə yanacaqdoldurma məntəqələri və şəbəkələri var. Bu kontekstə SOCAR-ın xaricdəki təmsilçilərinin bahalı “Rolls-Royce” avtomobillərdə gəzmələri və eləcə də bahalı villalarda yaşamaları ilə bağlı mətbuatda dolaşan məlumatları xatırlatmaya bilmərəm və bu məlumatları SOCAR rəsmiləri hələ də təkzib etməyib".
İqtisadçının fikrincə, Beynəlxalq Bankın acı təcrübəsi bu şirkətin də menecmenti tərəfindən unudulmamalıdır: "Çünki Beynəlxalq Bankın keçmiş rəhbərliyinin dövlət zəmanəti olmadan, içiboş layihələrə götürdüyü kreditlər sonradan hökumətin başağrısına çevrildi.
Eyni hal bir sıra səhmdar cəmiyyətlərdə də mövcuddur. Məsələn, 2006-2016-cı illərdə Azərbaycanın Dəmir Yolunun yenilənməsinə 500 mlyyon dollara yaxın xarici, bir o qədər də dövlət investisiyası cəlb edlib və bu məqmda qeyd edim ki, həmin borclar bir neçə il ərzində qaytarılmalıdır. Lakin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun və onun müavini, "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun müəllifliyi ilə vəsaitlər səmərəli və təyinatı üzrə xərclənmədiyindən dəmir yolundakı problemlər həll olunmamış qalmışdı. Yalnız son 2 ildə bu problemlər çözülməyə başlayıb.
Digər "borc nəhəngi” olan "Azərenerji” ASC də ən çox xarici borcu olan səhmdar cəmiyyətlərindədir. Son illərdə dövlətdən ən çox maliyyə dəstəyi alan bu qurum elə bir o qədər də xarici borclanmaya gedib və açıqlanan məlumatlardan görürük ki, bu pullar ölkənin enerji sisteminin qurulmasına, generasiya güclərinin, elektrik stansiyalarının qurulub istifadəyə verilməsinə yönəldilib.
Lakin bu yaxınlarda Mingəçevirdəki "Azərbaycan İES”-da baş verən hadisə, ölkənin işıqsız qalması fonunda 1 milyard dollardan çox borcu olan qurumun həmin pulları necə "səmərəli” istifadə etməsi haqqında əlavə şərhə ehtiyac görmürəm.
Yaxud da Hacı İbrahim Nehrəmli 2 milyard dollara yaxın dövlət kreditini “Xəzər adaları” kimi mənasız layihələrə xərcləyib batırmasını indi uşaq da bilir. Bu baxımdan ekspertlərin narahatlığı normaldır".
İqtisadçı deyir ki, son illərin acı nəticəsini nəzərə alan hökumət indi yalnız ölkə əhəmiyyətli strateji layihələrin maliyyələşdirilməsi üçün götürülən kreditlərə dövlət zəmanəti verir: "Məsələn, Cənubi Qaz Dəhlizi kimi layihələrə. İndi artıq ayrı-ayrı dövlət şirkətlərinə dövlət zəmanəti ilə kreditlərin götürülməsi yasaqlanıb. Eyni zamanda, hazırda dövlət borcunun orta və uzun müddətdə idarə edilməsi strategiyası adlı sənədin hazırlandığını və bu sahədə də ciddi qaydaların tətbiq olunacağını mətbuatdan bilirik.
İri dövlət şirkətləri və səhmdar cəmiyyətlər dövlətə məxsus olsalar da, faktiki kommersiya qurumlarıdırlar və onların əsas vəzifəsi dövlətin vəsaitlərini fəaliyyət göstərdikləri sahələrə yönəltməklə mənfəət götürmək olmalıdır. Yəni vəsaitlər təyinatı üzrə effektiv xərclənməlidir. Yaxın illərin acı təcrübəsi göstərir ki, vəsaitləri effektiv xərclənməyəndə həm şirkət, həm də dövlət arzuolunmaz duruma düşür. Necə ki, "Azərbaycan Dəmir Yolları” QSC, "Azərenerji” timsalında bunu müşahidə etdik.
Borc götürmək qəbahət deyil. Lakin yaxşı olar ki, milyardlarla borcu olan həmin qurumlar yalnız öz borclarının həddi və ya ödəmə qabiləyyəti ilə bağlı yox, həm də də həmin kredit vəsaitlərinin yönəldildiyi sahələrdən əldə olunan gəlirlər və mənfəətlər, bunun nəticəsində dövlətə ödədikləri dividentlər barədə məlumatlar versinlər. Necə ki, qonşu Rusiyada olduğu kimi. Rusiyada hər il iri dövlət şirkətlərinin xarici kreditlərdən necə istifadə etməsi haqda hesabatları açıqlanır.
Bütün hallarda dövlət zəmanətli kreditlərin xərclənməsinə nəzarət güclü olmalıdır. Əks halda krediti dövlət öz cibindən – yəni vətəndaşların cibindən ödəməlidir".
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:11
Əkrəm Həsənov: “Bu, qeyri-rəsmi işçilərin sayı artacaq”
Bu gün, 14:16
Ölkəmizdə ət bahalaşıb
Bu gün, 12:30
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
Bu gün, 12:08
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
Bu gün, 11:44
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 10:16
Azərbaycanın strateji valyuta ehtiyatları artıb
Dünən, 08:14
Aİİ Hindistanla azad ticarət zonası yaradır
16-09-2025, 18:00
Dövlətə məxsus 55 maşın hərracda satılıb
16-09-2025, 16:46
Ağacın 1 qramı 10 min dollardır
16-09-2025, 14:44
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
16-09-2025, 11:10
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
16-09-2025, 09:20
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
15-09-2025, 17:37
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
15-09-2025, 17:30
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
15-09-2025, 12:39
Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər
13-09-2025, 16:41
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
12-09-2025, 18:00
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
12-09-2025, 17:50
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
12-09-2025, 14:58
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
12-09-2025, 13:34
Deputat: "Ətin qiyməti yüksəkdir"
12-09-2025, 12:05
“Rabitəbank" keşbeki azaldıb
12-09-2025, 11:19
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
12-09-2025, 10:10
Mədəniyyət Nazirliyi AzTV-yə 28 min ödəyəcək
12-09-2025, 09:28
Günəş panelləri Çini milyardlarla dollar zərərlə üzləşdirib
12-09-2025, 08:19
Almatı Moskva ilə “dəmir bağlantı”nı bərpa edir
12-09-2025, 00:39
Rusiyada vergiləri artırmaq istəyirlər
12-09-2025, 00:07
Rusiya Ukrayna sərhədi yaxınlığındakı hava limanını açıb
11-09-2025, 17:04
İsrail şirkəti: "Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir"
11-09-2025, 15:06
Sığorta şirkətlərindən şikayətlər artır - Siyahı
11-09-2025, 14:53
Dövlət obyektləri icarəyə verilir - Siyahı
10-09-2025, 16:21
Vüqar Bayramov: "Onların işdən çıxarılması qadağan olunmalıdır"
10-09-2025, 16:06
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
10-09-2025, 14:49
ADSEA-nın səlahiyyətləri artırılıb
10-09-2025, 11:47
Füzuli və Xocavənddə yanğın törədənlər cərimələniblər
10-09-2025, 11:31
Maliyyə Nazirliyi altı qurumda yoxlama aparır - Siyahı
10-09-2025, 11:00
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
9-09-2025, 18:02
Əmək pensiyaları artırılacaq
9-09-2025, 17:25
Nəqliyyat Agentliyində nöqsanlar aşkarlanıb
9-09-2025, 16:06
İki dövlət qurumunda yoxlama aparılır
9-09-2025, 12:51
Mərkəzi Bankın sədri: "Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq"
9-09-2025, 11:56
Dünya bazarında qızıl rekord qiymətədir
9-09-2025, 10:40
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb