Yunanıstanda Türkiyə diplomatlarının maşınları yandırıldı
Tarix: 10-06-2019 13:51 | Bölmə: Xəbərlər
Yunanıstanda Türkiyə diplomatlarının maşınları yandırıldı

Yunanıstanın Selanik şəhərində Türkiyənin diplomatik nümayəndəliyinin iki avtomobilini yandırıblar.

“Hurriyet” xəbər verir ki, hadisə iyunun 10-da səhər saatlarında baş verib.

Avtomobilləri yandıranın (yandıranların) kimliyi hələ ki məlum deyil.

Diplomatik dövlət nömrə nişanlı maşınlardan biri Türkiyənin Selanikdəki ticarət attaşesi Serkan Buralın xidməti avtomobildir. Hadisə onun evinin qarşısında aş verib.

Bu hadisədən qısa müddət sonra S.Buralının evindən təxminən bir km aralıda beynəlxalq təşkilatlardan birində işləyən Türkiyədən olan qadına aid avtomobilin üzərinə benzin tökülərək yandırblar.

Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, avtomobillər yarasız vəziyyət düşüb.

Yunanıstanın polisi və təhlükəsizlik orqanları hadisələrlə bağlı araşdırma aparır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}