Baş nazirin xanımı cərimələndi
Tarix: 16-06-2019 15:11 | Bölmə: Cəmiyyət
Baş nazirin xanımı cərimələndi

İsrail məhkəməsi ölkənin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunu büdcə vəsaitlərini restoran yeməyinə qanunsuz xərclədiyinə görə cərimə edib.

Bu barədə "Kan" teleradio şirkəti verib.

Qeyd edilir ki, bununla bağlı dörd illik təhqiqatlara son qoyulub. Məhkəmə S.Netanyahu və dövlət prokurorunun ofisi arasında sazişi təsdiqləyib. Sazişə əsasən büdcəyə 55 min şekele (təxminən 15 min dollar) qaytarılacaq.

Radiostansiyanın məlumatına görə, Sara Netanyahu saziş çərçivəsində özünü günahkar saymağa razılaşıb. Amma onun əleyhinə olan büdcə vəsaitələrinin bədxərcliyi və dələduzluq ittihamları ləğv edilib/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}