Nazir yeni rəis təyin edib
Tarix: 19-08-2019 20:53 | Bölmə: Xəbərlər
Nazir yeni rəis təyin edib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə Şəmkir rayon Kür qəsəbəsinin polis şöbəsinə yeni rəis təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Ədalət Sadiqov bundan sonra sözügedən vəzifəni icra edəcək.

Qeyd edək ki, Ədalət Sadiqov bu ilin may ayında keçmiş nazir Ramil Usubovun əmri ilə Gəncə şəhər Nizami rayonu polis idarəsindəki işindən azad edilərək sərəncama götürülmüşdü.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}