Mikroavtobus qəzasında 8 nəfər yaralanıb - Siyahı
Tarix: 23-08-2019 10:30 | Bölmə: Xəbərlər
 Mikroavtobus qəzasında 8 nəfər yaralanıb

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

Reyting.az
xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində azı 8 nəfər xəsarət alıb.

"Report" xəsarət alanların kimliyini müəyyənləşdirib. Bunlar Yevlax rayon sakinləri - 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham oğlu, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2005-ci il təvəllüdlü Məmmədli Yasin İlham oğlu, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1976-cı il təvəllüdlü İbadov Qəni Mehman oğlu və 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhrəm qızıdır.

Xasrət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}