17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Abel Məhərrəmovun kürəkəni vəfat edib
Tarix: 24-08-2019 14:27 | Bölmə: Xəbərlər
Abel Məhərrəmovun kürəkəni vəfat edib

BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni Azər Sadıqov Türkiyədə vəfat edib.

Reyting.az
Modern.az-a istinadla xəbər verir ki, mərhumun yaxınları bildiriblər ki, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin 48 yaşlı rəisi Azər Sadıqovun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə aparılan A. Sadıqovun əməliyyata daxil olmadan vəfat etdiyi qeyd olunur. Mərhum sabah Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan polkovnik Azər Sadıqov bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Nazirin digər əmri ilə o, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinə rəis təyin edilmişdi. A. Sadıqov vəfat etdiyi bu günə qədər həmin vəzifədə çalışıb.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}