07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Nazarbayevin qızı 63 milyon dollarlıq saray alıb - Foto
Tarix: 24-08-2019 14:31 | Bölmə: Xəbərlər
Nazarbayevin qızı 63 milyon dollarlıq saray alıb

Nursultan Nazarbayevin kiçik qızı Cenevrədə əvvəllər ismaili təriqəti lideri Sədrəddin Ağa Xana məxsus olmuş məşhur “Chateau de Bellevue” Sarayını satın alıb.

Reyting.az
“Bilayn” jurnalına istinadla xəbər verir ki, Dinara Kulibayeva Sədrəddin Ağa Xana 63 milyon dollar (62 milyon İsveçrə frankı) ödəyib. Cenevrənin kənarında yerləşən saray İsveçrə Milli İrs Siyahısındadır.

“Bilayn” jurnalının iddiasına görə, bu, Nazarbayevin qızının ilk böyük sövdəsi deyil. O, 2009-cu ildə də Cenevrədə 75 milyon dollarlıq bir əmlak alıb.

Dinara Kulibayeva xəbərə təpki verməyib.

Nazarbayevin qızı 63 milyon dollarlıq saray alıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}