16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda isti, rayonlarda yağışlı hava olacaq - Proqnoz
Tarix: 25-08-2019 13:44 | Bölmə: Xəbərlər
Bakıda isti, rayonlarda yağışlı hava olacaq - Proqnoz

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Reyting.az
ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26° isti, Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}