Bakılı Sankt-Peterbuqda seçkinin qalibi olub
Tarix: 09-09-2019 18:59 | Bölmə: Xəbərlər
Bakılı Sankt-Peterbuqda seçkinin qalibi olub

Protokolların 90,11 faizi hesablandıqdan sonra Sankt-Peterburq qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Beqlovun səslərin 64,56 faizini topladığı məlum olub.

Bu məlumat Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının on-line tablosundadır.

Bildirilir ki, “Ədalətli Rusiya“ blokundan olan Nadejda Tixonova 16, 88, “Vətəndaş Platforması” blokundan olan Mixail Amosov isə 15,92 faiz səs toplayıb.

Sankt-Peterburqdakı seçkilər 1944 məntəqədə baş tutub ki, onların 1898-i daimi, 46-sı müvəqqətidir.

Sentyabrın 8-də Peterburq şəhərində 1560 deputatın seçiləcəyi 110 bələdiyyə şurasına da seçkilər keçirilib.

Xatarladaq ki, Beqlov Bakıda doğulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}