16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
İqbal Ağazadə: "Bu, iqtidar-müxalifət dialoqu deyil" - Narazılıq
Tarix: 11-09-2019 15:05 | Bölmə: Xəbərlər
İqbal Ağazadə: "Bu, iqtidar-müxalifət dialoqu deyil"

Bakıda hakim Yeni Azərbaycan Partiyası və digər siyasi partiyaların, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən dəyirmi masa ilə bağlı narazılıq yaranıb.

Bu barədə Reyting.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, sözügedən tədbir iqtidar-müxalifət görüşü kimi qəbul edilə bilməz. Onun sözlərinə görə, iqtidar-müxalifət dialoqunu iqtidar yetkilisi təşkil etməlidir:

"Bu görüşü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı təşkil edib. Fəzail Ağamalı hakimiyyət nümayəndəsi deyil. O, hakimiyyət dəstəkçisidir.

İkincisi, biz Ümid Partiyası olaraq, həmin tədbirə dəvət olunmamışıq.

Üçüncüsü, dəvət olunsaydıq belə, məsələnin bu cür qoyuluşuna görə orada iştirak etməyəcəkdik. Kim iştirak edib, özü bilər. Hər bir partiya qərar verməkdə müstəqildir. Ümid Partiyasının isə mövqeyin qeyd elədim”.

İ. Ağazadə bildirib ki, bu görüş barədə əvvəlcədən məlumatı olub: “Dostlar demişdi ki, belə bir görüş olacaq, sən iştirak edəcəksənmi, demişdim ki, xeyr. Partiyamızdan da heç kim təmsil olunmayacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}