14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Rusiyalı haker: “Rusiya casusu deyiləm” - Foto
Tarix: 15-10-2019 21:15 | Bölmə: Xəbərlər
Rusiyalı haker: “Rusiya casusu deyiləm”

“Mən casus deyiləm, heç vaxt da Rusiya kəşfiyyatı üçün işləməmişəm”.

Reyting.az
“Kanal 13”-ə (İsrail) istinadla xəbər verir ki, kredit fırıldağına görə Amerikanın təhlükəsizlik xidmətlərinin tələbi ilə 2015-ci ildə İsrailə gələrkən tutulan rusiyalı haker Aleksey Burkov, təhlükəsizliyini təmin etmək üçün daha yaxşı müşahidə edilə biləcəyi başqa bir kameraya köçürülüb.

Hakerin Rusiya həbsxanasında olan gənc israilli qız Na’ama İssakalla mübadiləsi təklifini İsrail rədd edib. Burkovun ABŞ-da mühakimə olunması gözlənilir.

“Haaretz” nəşrinin məlumatına görə, Burkovun Rusiya Federasiyasına verilməməsinin səbəbi onun ABŞ-ın 2016-cı il prezident seçkilərində Rusiya müdaxiləsi haqqında biliklərə malik olmasıdır.

“Kanal 13”ə danışan Burkov bu fərziyyələri rədd edərək, iddianı “sui-qəsd nəzəriyyəsi” adlandırıb.

Rusiyalı haker: “Rusiya casusu deyiləm”

Hindistandan İsrailə yolanarkən, yolüstü Moskva hava limanında Rusiya kömrükçülərinin baqajından 9 qram narkotik aşkar etdiyi İssakar narkotik qaçaqmalçılığına görə 7 il həbs cəzasına məhkum edilib.

Baş nazir Benyamin Netanyahu Rusiyaya rəsmi müraciət göndərərək, onun əfv edilməsini və evə qayıtmasına icazə verilməsini istəyib.

İsrail prezidenti də Rusiya prezidentinə onun sərbəst buraxılmasını xahiş edən məktub göndərib.

Anası Yafa oktyabrın 14-də ilk dəfə qızı ilə görüşüb. “Qızım Aleksey Burkovun kim olduğunu və onunla necə əlaqəli olduğunu başa düşmür. Yarım ildir ki, o, üç nəfərlə birlikdə kameradadır. Dəmir barmaqlıqlar arasından göyü görür… Deyir ki, əfvi neyləyirəm? Bu o deməkdir ki, mən cinayətkaram…”

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-06-2025, 09:33 Qaxda zəlzələ olub