07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Milli Şuranın mitinq təşkilatçıları BŞBPİ-yə çağırılıb
Tarix: 16-10-2019 15:14 | Bölmə: Xəbərlər
Milli Şuranın mitinq təşkilatçıları BŞBPİ-yə çağırılıb

Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə APA-ya mitinq təşkilatçılarından olan Tofiq Yaqublu bildirib.

Onun sözlərinə görə, BŞBPİ-dən onlara zəng edərək, sabah - oktyabrın 17-də saat 11-ə idarəyə dəvət olunublar.

Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq keçirmək istəyi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verib.

Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə BŞİH-nin qərarı ilə razılaşmadıqlarını və mitinqin həmin tarixdə "28 May" metrostansiyası qarşısında keçirəcəklərini bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}