BMT Baş katibinin xüsusi nümayəndəsi Bakıya gəlib
Tarix: 13-11-2019 19:44 | Bölmə: Xəbərlər
BMT Baş katibinin xüsusi nümayəndəsi Bakıya gəlib

BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah əl-Matuq Azərbaycana səfərə gəlib.

O, Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edəcək.

Səfər çərçivəsində Abdullah əl-Matuqla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında görüş təşkil ediləcək.

Görüşdə qonağa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}