07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
BMT-nin Baş katibi dünyaya müraciət edib
Tarix: 14-11-2019 13:38 | Bölmə: Xəbərlər
BMT-nin Baş katibi dünyaya müraciət edib

Ümumdünya Diabetlə Mübarizə Günü ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreş müraciətlə çıxış edib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən Reyting.az-a verilən məlumata görə, təqdim olunan müraciətdə bildirilir ki, hazırda 420 milyondan çox insan diabetdən əziyyət çəkir. Müalicəsi olan və çox zaman qarşısı alına bilən bu xəstəlik, əsasən qeyri-sağlam pəhriz, fiziki fəaliyyətsizlik, eləcə də səhiyyə xidmətləri və dərman vasitələrinə çıxışın olmaması səbəbindən yaranır. Bundan əziyyət çəkənlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır.

“Diabet sağlamlığa ziyan vurur, çoxlarının təhsil və məşğulluq arzularına mane olur, icmalara mənfi təsir edir və ailələri külli tibbi xərclər səbəbindən iqtisadi çətinliklər yaşamağa məcbur edir.

2030-cu ilə qədər diabet və digər qeyri-yoluxucu xəstəliklərə görə erkən ölüm hallarını üçdəbir dəfə azaltmağı öhdəsinə götürmüş ölkələr, bunu Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həll etməyə çalışırlar.

Xəstəliyin erkən aşkarlanması və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, eləcə də 2030-cu ilə qədər Ümumdünya Səhiyyə Xidmətlərinin Təminatına nail olunması, diabetin profilaktikası və müalicəsi üçün həlledici əhəmiyyətə malikdir.

Ümumdünya Diabetlə Mübarizə Günündə dünyada diabetdən əziyyət çəkən bütün insanlara öz dəstəyimi bildirir və sağlamlığa gedən yolda Birləşmiş Millətlər Təşkilatının hər kəsin ehtiyaclarının qarşılanması və rifahı naminə mübarizə apardığını bir daha bəyan edirəm,” – deyə Baş katib müraciətini tamamlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}