16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan Baş nazirinin müavini general Baqeri ilə görüşdü
Tarix: 04-12-2019 18:48 | Bölmə: Xəbərlər
Azərbaycan Baş nazirinin müavini general Baqeri ilə görüşdü

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqeri ilə görüşüb.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, Şahin Mustafayevin Tehranda Məhəmməd Baqeri ilə görüşündə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın strateji baxımdan dərinləşdirilməsi və möhkəmləndirilməsinin vacibliyini vurğulanıb.

Azərbaycan Baş nazirinin müavini general-mayor Baqerinin Bakıya son səfərini ikitərəfli münasibətlərdə yeni mərhələ hesab edib və bunu ortaq tarixə və mədəniyyətə malik iki qonşu ölkə arasındakı qardaşlıq münasibətlərini möhkəmləndirdiyini bildirib.

General Baqeri bəzi regional və transmilli aktyorların iki ölkə arasındakı dostluq münasibətlərini pozmaq istədiyini deyib:

“İslam Respublikası xalqlarımız və iki ölkənin silahlı qüvvələri arasındakı münasibətləri özünün strateji prioritetlərindən biri sayır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}