İsveç İrandan təzminat istəyir
Tarix: 14-01-2020 00:39 | Bölmə: Xəbərlər
İsveç İrandan təzminat istəyir

İsveç hökuməti İrandan təzminat tələb edir.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bunu İsveçin Xarici işlər naziri bəyan edib.

Nazir Ann Linde İran tərəfindən raketlə vurulan Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsində ölən vətəndaşları üçün təzminat istədiklərini açıqlayıb.

İsveçin baş diplomatı özünün Tvitter hesabında bəyan edib ki, İranın Stokholmdakı səfiri Səyad Rasool Mohajeri nazirliyə dəvət edib: “Səfir vurulan təyyarədə ölən vətəndaşlarımıza kompensasiya vermək məqsədilə Xarici İşlər Nazirliyinə çağırıldı. Biz qəzanı araşdırmaq üçün əməkdaşlıq təklif etdik. Sürətli və şəffaflıq baxımından, həmçinin ölkəmizin vətəndaşlarının yaxınlarının acısını ovundurmaq üçün məsuliyyət alınmasını tələb etdik. İndi əsas məqsəd yaşayanlara yardım etməkdir. Hazırlanan bir konsulluq dəstək qrupumuz İrana gedəcək”.

Xatırladaq ki, Ukrayna Hava Yollarına aid “Boeing 737-800” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehran hava limanında havaya qalxdıqdan az sonra vurulub. Təyyarədə İran, Ukrayna, Kanada, Əfqanıstan, Almaniya, İsveç və İngiltərə vətəndaşları olan 167 nəfər və ekipaj üzvləri qəzadan həyatlarını itiriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}