Vüqar Bayramov Füzulidə görüşlərini davam etdirir
Tarix: 26-01-2020 23:20 | Bölmə: Siyasət
Vüqar Bayramov Füzulidə görüşlərini davam etdirir

84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonunda seçicilərlə görüşlərini davam etdirir. Bu gün (26.01.2020) səhər Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndlərindən başlayan görüş Zobucuq 1, Zobcuq 2 qəsəbələrində və Kərimbəyli kəndində davam etdirilib.

Seçicilərin aktivliyi ilə keçirilən görüşlərdə etimad və güvənlərinə görə seçicilərinə təşəkkür edən Vüqar Bayramov onlarla qürur duyuduğunu bildirib: “Nə gizlədim, görüşdüyüm insanların gözündəki sevgi, inam, etimad mənə qürur verir. Eyni zamanda seçdiyim yolun düzgünlüyünə və xalqın gözünün tərəzi olduğuna əminliyimi möhkəmləndirir. Mən xalqımın seçiminə güvənirəm. Bu güvənin yaratdığı məsuliyyəti daşımaq isə mənim üçün böyük şərəfdir”.

Görüşdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev Vüqar Bayramovun vəkili olmaqdan şərəf duyğunu və seçiciləri aktiv şəkildə seçkilərdə iştirak etməyə səsləyib: “Vüqar Bayramov qürur duyulası iqtisadçıdır. O, ölkədə aparılan iqtisadi islahatların normativ hüquqi bazasının yaradılmasında peşəkarcasına iştirak etmək imkanına malik olan bir iqtisadçı alimdir. Səsvermə zamanı bu faktları da nəzərə almağınızı tövsiyə edirəm. Mən sizi əmin edirəm ki, Vüqar müəllimi dəstəkləsəniz, peşiman olmayacaqsınız”.

Vüqar Bayramovun digər vəkillərindən professor Qalib Qarayev də seçiciləri seçim zamanı diqqətli olmağa çağırıb: “Sərbəst seçim hüququnuz var. İxtiyar sizindir, siz seçəcəksiniz. Siz də elə bir şəxs seçməlisiniz ki, o, bizim dərdimizi bilmiş olsun, bu həyatı yaşamış olsun və kifayət qədər də savadı olsun. Vüqar müəllim qeyd etdiyim bu xüsusiyyətlərə sahib şəxsdir. Seçiminiz Vüqar Bayramov olarsa, gələcəkdə özünüz də doğru seçim etdiyinizin şahidi olacaqsınız”.

Görüşlərdə seçicilər də Vüqar Bayramova böyük etimad göstərdiklərini və ona güvəndiklərini bildiriblər.

Vüqar Bayramov Füzulidə görüşlərini davam etdirir
Vüqar Bayramov Füzulidə görüşlərini davam etdirirVüqar Bayramov Füzulidə görüşlərini davam etdirirVüqar Bayramov Füzulidə görüşlərini davam etdirir
Vüqar Bayramov Füzulidə görüşlərini davam etdirir
Vüqar Bayramov Füzulidə görüşlərini davam etdirir
Vüqar Bayramov Füzulidə görüşlərini davam etdirir
Vüqar Bayramov Füzulidə görüşlərini davam etdirirскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}