Türkiyənin Ankara şəhərində zəlzələ baş verdi
Tarix: 27-01-2020 16:12 | Bölmə: Xəbərlər
Türkiyənin Ankara şəhərində zəlzələ baş verdi

Türkiyənin Ankara şəhərində zəlzələ olub.

Türkiyənin Kandilli Rəsədxanasının məlumatına görə, Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ 5 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}