Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib
Tarix: 17-02-2020 16:07 | Bölmə: Xəbər lenti
Tanınmış jurnalist xidmət rəhbəri təyin edilib

Bu gün Ümid Partiyasında yeni təyinat imzalanıb.

Reyting.az
-a verilən məlumata görə, tanınmış jurnalist Elşad Barat partiyanın mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Elşad Barat 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis, elmi işçi, orta məktəbdə müəllim işləyib.

2006-cı ildən jurnalistika fəaliyyətinə başlayıb. Müxtəlif sayt və qəzetlərdə çalışıb. Naxçıvan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində Xəbərlər proqramının aparıcısı olub. Hazırda TəhsilPress.az saytının baş redaktorudur.

Kiçik hekayələr və şeirlər yazır. Üç kitabı işıq üzü görüb. Prezident təqaüdçüsüdür.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}