TƏBİB-də koronavirusla bağlı "Qaynar xətt" yaradılıb
Tarix: 28-02-2020 18:31 | Bölmə: Xəbərlər
TƏBİB-də koronavirusla bağlı "Qaynar xətt" yaradılıb

"15-42 nömrəli "Qaynar xətt"ə səhhətində hər hansı dəyişiklik hiss edən şəxslər müraciət edə bilər. "Qaynar xətt" 24 saat vətəndaşların xidmətindədir".

Bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O, sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının ürəyinin getməsi ilə bağlı yayılan görüntülərin şayiə olduğunu deyib: "Həmin şəxs doğrudan da İranda işləyib qayıdan şəxs olub. Ağdaşa qayıdıb və orada da sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}