Bir şəhərdə yüzə yaxın polis koronavirusa yoluxub
Tarix: 23-03-2020 19:05 | Bölmə: Xəbərlər
Bir şəhərdə yüzə yaxın polis koronavirusa yoluxub

Nyu-Yorkda yüzə yaxın polis koronavirusa yoluxub.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, bu haqda Nyu-York polisinin şefi Dermot Şi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, virusa yoluxan 98 polisdən 95-i evdə müalicə olunur.

Hazırda polis öz vəzifəsini yerinə yetirməkdən əlavə virusun yayılmasının qarşısını almaq üçün küçələrdə insanların çox sayda toplaşmamasına da nəzarət edir.

Nyu-Yorkda ümumilikdə koronavirusa 9045 yoluxma qeydə alınıb, 63 nəfər vəfat edib. Şəhər meri Bill de Blazionun dediyinə görə, Nyu-Yorkda koronavirusa yoluxma ABŞ-da qeydə alınan halların təxminən üçdə biri qədərdir.

ABŞ koronavirusa yoluxma üzrə dünyada üçüncü (33 mindən çox insan) sıradadır. Bu ölkə Çin (81 min) və İtaliyadan (59 mindən çox) geri qalır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}